Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
Futbol
7 İyul , 2022 16:58
Çempionlar Liqası: Araz-Naxçıvanın rəqibləri bəlli olub

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək.

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi