UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb

UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “Neftçi”, “Qəbələ” və “Zirə” klubları üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb:
Futbol
12 Avqust , 2022 13:04
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb

Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"a 100 000 avro, "qırmızı-qaralar"a və "qartallar"a isə ayrılıqda 450 000 avro ödənilib.

Qeyd edək ki, "Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb.

Son xəbərlər

Orphus sistemi