UEFA Azərbaycan klublarına pul köçürdü

UEFA Azərbaycan klublarına pul köçürdü Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqram
Futbol
15 Fevral , 2021 12:00
UEFA Azərbaycan klublarına pul köçürdü

UEFA Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə qatılmamış klublara əlavə maliyyə vəsaiti ayırıb.

"Report"un məlumatına görə, 2019/20-ci il mövsümünü əhatə edən qurumun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün "Qarabağ"a pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin hər birinə isə 74 633,71 avro ödənilib.

Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Son xəbərlər

Orphus sistemi