UEFA İcraiyyə Komitəsi yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi səbəbindən Gənclər Liqasında 2020/2021 mövsümünün təqviminin yeni formatını təsdiqləyib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir martın 2-də 1/32 final mərhələsinin görüşləri ilə start götürəcək və raundun qalibləri 1 oyunla müəyyənləşəcəklər.
Sonda yarımfinala qalan komandaların iştirakı ilə "dördlər finalı" (2021-ci il 17 - 20 may) olacaq. İlk püşkatma mərasimi yanvarın 27-də gerçəkləşəcək.
Yarışda əvvəlkitək 64 klub iştirak edəcək. Bunların 32-si əsas komandaları ÇL-ə vəsiqə qazanmış kollektivlər olacaq. Onlar Çempionlar Liqası Yolunda mübarizə aparacaqlar. Digər 32 iştirakçı isə ölkələrində çempion olan gənclər komandası olacaq ki, bunlar da Çempionlar Yolunda yarışacaqlar.
Çempionlar yolu: “Selta” (İspaniya), “Köln” (Almaniya), “Anje” (Fransa), “Çertanovo” (Rusiya), “Benfika” (Portuqaliya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Alkmaar” (Niderland), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Dinamo” Z (Xorvatiya), “Odense” (Danimarka), “Bazel” (İsveçrə), APOEL (Kipr), “Srvena Zvezda” (Serbiya), “Reyncers” (Şotlandiya), “Dinamo” Mn (Belarus), “Hammarbü” (İsveç), “Rusenborq” (Norveç), “Kayrat” (Qazaxıstan), “Qurnik” (Polşa), “Qəbələ” (Azərbaycan), “Makkabi” H (İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Vitorul” (Rumıniya), “Jilina” (Slovakiya), “Olimpiya” (Sloveniya), “Dyor” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Apolloniya” (Albaniya), “Uoterford” (İrlandiya);
Çempionlar Liqası yolu: “Real Madrid”, “Barselona”, “Atletiko”, “Sevilya” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” D, “Leypsiq”, “Borussiya” M (hamısı Almaniya), “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı İngiltərə), “İnter”, “Yuventus”, “Atalanta”, “Latsio” (hamısı İtaliya), PSJ, “Marsel”, “Renn” (hamısı Fransa), “Zenit”, “Lokomotiv”, “Krasnodar” (hamısı Rusiya), “Porto” (Portuqaliya), “Brügge” (Belçika), “Şaxtyor”, “Dinamo” K (hər ikisi Ukrayna), “Başakşəhər” (Türkiyə), “Ayaks” (Niderland), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Midtülland” (Danimarka), “Ferensvaroş” (Macarıstan).
Qeyd edək ki, Gənclər Liqasında Azərbaycanı "Qəbələ"nin U-19 komandası təmsil edəcək. Azərbaycan çempionu mübarizəyə 1/32 finaldan başlayacaq.