UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Futbol
110
18 İyun , 2019 07:30
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək.

Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq.

Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.

Püşkatmaöncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq. 

Son xəbərlər

Orphus sistemi