UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” oyununun biletləri bu gün saat 12:00-dan satışa çıxarılacaq.
Futbol
17 Oktyabr , 2024 09:47
UEFA Avropa Liqası: Qarabağ - Ayaks matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri bu gün, saat 12:00-da satışa çıxarılacaq.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər. Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi