UEFA Avropa çempionatlarından birini ləğv etdi
Futbol
- 20 oktyabr, 2020
- 19:18
19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməli olan final mərhələləri ləğv olunub.
"Report"un məlumatına görə, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Səbəb kimi Avropada hələ həll olunmayan epidemioloji situasiyada səfərlərlə bağlı çətinliklər göstərilib.
2019/2020 mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələrə verilməsini məqsədəuyğun sayıb. Bu səbəbdən, İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıb.
Son xəbərlər
16:04
Vaqif Sadıqov: "Ruy Jorjenin Azərbaycan millisinə gətirilməsi gələcəyə hesablanmış addımdır"
Futbol16:03
Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
ASK16:03
Hikmət Hacıyev: Azərbaycan davamlı olaraq çoxtərəfliliyi dəstəkləyir
Xarici siyasət16:02
Paşinyanın Avroparlamentdəki çıxışı – Zaman ən ədalətli hakimdir - ŞƏRH
Analitika16:01
Azərbaycanda bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib
Sağlamlıq16:00
Foto
Pekində Ələt Azad İqtisadi Zonasına həsr edilmiş tədbir keçirilib
İnfrastruktur15:57
Azərbaycanda ötən il 5 min tona yaxın bal istehsal edilib
Maliyyə15:55
"Barselona" sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmaq istəyir
Futbol15:51