UEFA avrokuboklarda qrup mərhələsinin püşkatmasının yerini dəyişdi

UEFA avrokuboklarda qrup mərhələsinin püşkatmasının yerini dəyişdi UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi əvvəlcədən nəzərdə tutulan Yunanıstanın paytaxtı Afinada keçirilməyəcək.
Futbol
538
9 Sentyabr , 2020 16:31
UEFA avrokuboklarda qrup mərhələsinin püşkatmasının yerini dəyişdi
0 : 00
0 : 00

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi əvvəlcədən nəzərdə tutulan Yunanıstanın paytaxtı Afinada keçirilməyəcək.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbirin yeri koronavirus pandemiyası səbəbindən dəyişdirilib.

Ölkədəki məhdudiyyətlər səbəbindən belə bir tədbirə ev sahibliyi edə bilməyəcəyini açıqlayan Yunanıstan Futbol Federasiyasının qərarı anlayışla qarşılanıb.

Püşkatma və 2019/2020 mövsümünün ən yaxşı oyunçuları və baş məşqçilərinin mükafatlandırılması mərasimi İsveçrənin Nyon şəhərində klub nümayəndələrinin və Kütləvi İnformasiya Vasitələrinin iştirakı olmadan baş tutacaq.

Çempionlar Liqasının püşkatması oktyabrın 1-də, Avropa Liqasının püşkatma mərasimi isə oktyabrın 2-də olacaq. Tədbirdə qonaq qismində yalnız ötən mövsümün ən yaxşısı adına namizədlər iştirak edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi