UEFA avrokuboklarda iştirak edən Azərbaycan klublarına pul ödəyib

UEFA avrokuboklarda iştirak edən Azərbaycan klublarına pul ödəyib Bakı. 13 dekabr. REPORT.AZ/ UEFA-nın 2018/19 mövsümündə avrokuboklarda iştiraka görə ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb.
Futbol
13 Dekabr , 2018 16:48
UEFA avrokuboklarda iştirak edən Azərbaycan klublarına pul ödəyib

Bakı. 13 dekabr. REPORT.AZ/ UEFA-nın 2018/19 mövsümündə avrokuboklarda iştiraka görə ayırdığı vəsait Azərbaycan klublarının hesabına köçürülüb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq qaydada klublara verilib.

Çempionlar Liqasında iştirak edən “Qarabağ” 1 milyon 140 min avro, Avropa Liqasına qatılan “Keşlə”, “Neftçi” və “Qəbələ” isə 240 min avro alıb.

Ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25 min 10 avro vəsait 2017-ci ildə “İnter” Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün milli assosiasiyanın balansında saxlanılıb.

Son xəbərlər

Orphus sistemi