UEFA avrokuboklarda final matçlarının hakimlərini açıqlayıb

UEFA avrokuboklarda final matçlarının hakimlərini açıqlayıb UEFA avrokuboklarda 2021/2022 mövsümünün final oyunlarına hakim təyinatlarını açıqlayıb.
Futbol
11 May , 2022 19:04
UEFA avrokuboklarda final matçlarının hakimlərini açıqlayıb

UEFA avrokuboklarda 2021/2022 mövsümünün final oyunlarına hakim təyinatlarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Liverpul"u və İspaniya "Real Madrid"i arasında Çempionlar Liqasının həlledici matçı fransalı Kleman Türpenə həvalə olubnub. Ona həmyerliləri olan yan xətt hakimləri - Nikolya Danos və Siril Qrinqor köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək. Qarşılaşma mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək.

Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandalarının üz-üzə gələcəyi Avropa Liqasının final matçını sloveniyalı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Slavko Vinçiç, yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç, dördüncü referi isə serbiyalı Srcan Yovanoviç olacaq. Görüş İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları arasında gerçəkləşəcək final matçında isə ədaləti rumıniyalı İştvan Kovaç təmsil edəcək. Ona laysmanlar Vasile Florin Marinesku və Mixay-Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim vəzifəsini isə isveçrəli Sandro Şerer yerinə yetirəcək. Qarşılaşma mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada olacaq.

Qeyd edək ki, hər 3 final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi