UEFA AVRO-2020-ni qəbul edən şəhərlərin sayını azaltmaq istəmir

UEFA AVRO-2020-ni qəbul edən şəhərlərin sayını azaltmaq istəmir UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətində deyil.
Futbol
9 Aprel , 2020 17:26
UEFA AVRO-2020-ni qəbul edən şəhərlərin sayını azaltmaq istəmir

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə “Sky Sport”a qurumun nümayəndəsi məlumat verib.

Bildirilib ki, UEFA əvvəlki təqvimi qorumaq və oyunları planlaşdırıldığı eyni şəhərlərdə keçirmək niyyətindədir: “Ancaq matçların təqvimi rəsmən təsdiqlənməyib. UEFA bütün 12 ev sahibi şəhərlərlə əlaqə saxlayır. Daha sonra əlavə məlumatlar veriləcək”. 

Qeyd edək ki, daha öncə AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayının azala biləcəyi yazılıb. Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Son xəbərlər

Orphus sistemi