Bakı. 1 dekabr. REPORT.AZ/ Portuqaliyanın Kaşkayş şəhərində UEFA-nın “KISS Marketing Awards 2014” tədbiri keçirilib. "Report" xəbər verir ki, müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar arasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da olub.
AFFA qızlar arasında 3x3 turnirinin təşkilatıçılığına yaradıcı yanaşmaya görə “Kreativlik və innovasiya” nominasiyasinda qalib elan olunub. Qurumu tədbirdə Marektinq və Reklamlar Şöbəsinin əməkdaşları Arzu Əsgərova və Tural Piriyev təmsil edib.
Qeyd edək ki, tədbirdə UEFA-nın üzvü olan 44 milli assosiasiyanın nümayəndələri iştirak edib.