UEFA 2018-ci ilin ən yaxşı bombardirini açıqlayıb

UEFA 2018-ci ilin ən yaxşı bombardirini açıqlayıb 17 yaşlı hücumçu 19 qol vurub
Futbol
117
29 Dekabr , 2018 16:57
UEFA 2018-ci ilin ən yaxşı bombardirini açıqlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Hollandiya millisinin və İngiltərənin "Çelsi" komandasının hücumçusu Dayşon Redandır.

Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.

İkinci yeri Hollandiyanın U-17 millisinin digər üzvü Nikita Tromp tutub. "Ayaks"da çıxış edən forvard 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Bosniya və Herseqovina millisi ilə İtaliya "Roma"sının ön xətt oyunçusu Edin Ceko qərarlaşıb.

Qeyd edək ki, Dayşon Redan "Çelsi"yə 2017-ci ilin yayında "Ayaks"dan keçib. O, London komandasına UEFA Gənclər Liqasının finalınadək irəliləməkdə yardımçı olub.

Son xəbərlər

Orphus sistemi