"Qarabağ" UEFA-nın yeni reytinq siyahısında "Milan" və "Feyenord"u qabaqlayıb

"Qarabağ" UEFA-nın yeni reytinq siyahısında "Milan" və "Feyenord"u qabaqlayıb UEFA 2018/2019 mövsümü üçün klubların yekun reytinq siyahısını açıqlayıb.
Futbol
4 İyun , 2019 04:09
Qarabağ UEFA-nın yeni reytinq siyahısında Milan və Feyenordu qabaqlayıb

UEFA 2018/2019 mövsümü üçün klubların yekun reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, reytinq komandaların son 5 mövsümdə Avropa kuboklarında iştirakı əsasında hesablanıb.

Siyahıya yenidən İspaniya "Real Madrid"i başçılıq edir. "Kral klubu" 146,000 xal toplayıb. Azərbaycan klublarından siyahının ən yüksək pilləsində "Qarabağ" qərarlaşıb. Ağdam klubu 22,000 xalla 70-ci pilləni tutub və "Milan", "Feyenord", "Lester Siti", "Real Sosyedad" və "Trabzonspor" kimi komandaları geridə qoyub.

Eyni zamanda Azərbaycan klublarından "Qəbələ" 173 (6,250 xal), "Keşlə" 273 (3000), "Neftçi" 274 (3,250), "Zirə" 275 (0,500) və "Kəpəz" 276-cı (0,500) mövqedə qərarlaşıb.

Reytinq siyahısı:

1. "Real Madrid" – 146,000

2. "Barselona" – 138,000

3. "Bavariya" – 128,000

4. "Atletiko" – 127,000

5. "Yuventus" – 124,000

6. "Mançester Siti" – 106,000

7. "Sevilya" – 104,000

8. PSJ – 103,000

9. "Arsenal" – 101,000

10. "Portu" – 93,000

11. "Liverpul" – 91,000

12. "Çelsi" – 87,000

13. "Borussiya" (Dortmund) – 85,000

14. "Roma" – 81,000

15. "Napoli" – 80,000

16. "Şaxtyor" – 80,000

17. "Tottenhem" – 78,000

18. "Mançester Yunayted" – 78,000

19. "Zenit" – 72,000

20. "Ayaks" – 70,500

....70. Qarabağ FK

71. "Feyenord"

72. "Lester Citi"

73. "Slavia Praqa"

74. "Real Betis"

75. "Real Sosyedad"

76. "Celta Vigo"

77. "Malmö"

78. "Milan"

79. "Maribor"

80. "Zürich"

81. "Partizan"

...273. "Keşlə"

274. "Neftçi"

275. "Zirə"

276. "Kəpəz"

2018/2019 mövsümü üzrə "10-luq":

1-2. "Barselona", "Çelsi" – 30,000

3. "Liverpul" – 29,000

4. "Ayaks" – 27,000

5-6. "Arsenal", "Tottenhem" – 26,000

7. "Mançester Siti" – 25,000

8. "Ayntraxt" – 24,000

9-10. "Portu", "Valensiya" – 23,000

Son xəbərlər

Orphus sistemi