Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə cəlb olunub

Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə cəlb olunub Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi uzun müddətdən sonra üç futbolçuya dəvət göndərib.
Futbol
1 Oktyabr , 2021 13:46
Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə cəlb olunub

Uzun müddətdən sonra 3 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.

"Report"un məlumatına görə, bunlar Kiprin "Etnikos" klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya "Tondela"sından Renat Dadaşov və "Sabah"dan Bəxtiyar Həsənalızadədir.

Onlar İrlandiya və Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarına dəvət alıb.

Həsənalızadə son olaraq 2018-ci, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.

Bundan əlavə, "Sumqayıt"dan Murad Xaçayev, "Qəbələ"dən isə Rövlan Muradov yenidən əsas yığmada debüt şansı əldə ediblər. Hər iki oyunçu daha əvvəl avqustda yoxlama xarakterli təlim-məşq toplanışı üçün dəvət alsa da, sentyabrdakı yekun heyətdən çıxarılıb.

Qeyd edək ki, oktyabrın 9-da Bakıda İrlandiyanı qəbul edəcək Azərbaycan yığması oktyabrın 12-də isə Belqradda Serbiyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi