U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq

U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya yığması ilə üz-üzə gələcək
Futbol
27 Mart , 2018 07:10
U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya yığması ilə üz-üzə gələcək.

Bu matç yığmaya rəhbərlik edən R. Sadıqovun ikinci rəsmi sınağı olacaq. Bundan əvvəlki seçmə mərhələ oyununda yığma komandamız Kosovoya 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İrlandiya millisi 5-ci qrupda 5 oyundan sonra 10 xalla Kosovo ilə 2-3-cü yerləri bölüşür. Azərbaycan yığması isə 6 oyundan sonra 1 xalla sonuncudur.

Avropa çempionatı:

Seçmə mərhələ, V qrup

27 mart

22:30. İrlandiya - Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Kovaç və Yan Pozor (hamısı Slovakiya)

"Tallaght" stadionu (Dublin)

Orphus sistemi