Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına 6 legioner çağırılıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına 6 legioner çağırılıb Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Futbol
14 Mart , 2019 10:07
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına 6 legioner çağırılıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 gün davam edəcək hazırlıq prosesi ərzində 2 yoxlama oyunu nəzərdə tutulub. Yığma martın 23-də "Səbail", martın 26-da MOİK-lə qarşılaşacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq. 

Baş məşqçi Milan Obradoviç toplanışa 24 futbolçu dəvət edib. Onlardan 6-sı xarici klublarda çıxış edir.

ADI / SOYADI KLUB
1 Kamran İbrahimov Neftçi
2 Şahin Zəkiyev Keşlə
3 Murad Popov Qəbələ
4 Amin Seydiyev Qəbələ
5 Turan Manafov Zaqatala
6 Ricat Qarayev Sumqayıt
7 Murad Qayalı Keşlə
8 Hüseyin Seyliğli Beşiktaş (Türkiyə)
9 Faiq Hacıyev MOİK
10 Nihad Tamazov Qarabağ
11 Ziya Əzizov NEC Nijmegen (Hollandiya)
12 Tural Bayramlı Daugavpils (Latviya)
13 Abbas Ağazadə MOİK
14 Metin Güler Beşiktaş (Türkiyə)
15 Hacıağa Hacılı Qarabağ
16 İsmayıl İbrahimli Qarabağ
17 Baxşəli Baxşaliyev Sumqayıt
18 Əli Sadıxov MOİK
19 Nicat Süleymanov Qarabağ
20 Ərziman Rizvanov Bohemians 1905 Praga (Çexiya)
21 Rövlan Muradov Qəbələ
22 Fərid Nəbiyev Slaviya Praga (Çexiya)
23 Süleyman Əhmədov Sumqayıt
24 Nurlan Quliyev Keşlə

Son xəbərlər

Orphus sistemi