Tyerri Anri İngiltərə klubunun baş məşqçisi ola bilər

Tyerri Anri İngiltərə klubunun baş məşqçisi ola bilər Fransa millisinin sabiq futbolçusu Tyerri Anri İngiltərənin "Bornmut" klubunun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir
Futbol
17 Fevral , 2021 21:03
Tyerri Anri İngiltərə klubunun baş məşqçisi ola bilər
Tyerri Anri

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri İngiltərənin "Bornmut" klubunun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi artıq 44 yaşlı mütəxəssislə danışıqlara start verib.

Təyinat baş tutsa, o, fevralın əvvəlində istefaya göndərilmiş Ceyson Tindelli əvəzləyəcək.

Qeyd edək ki, Tyerri Anri hazırda ABŞ-ın "Monreal" klubuna başçılıq edir.

Son xəbərlər

Orphus sistemi