"Twitter" qaradərili futbolçuların hesablarını izləyəcək

"Twitter" qaradərili futbolçuların hesablarını izləyəcək Twitter irqçiliklə mübarizə məqsədi ilə 50 ən yaxşı qaradərili futbolçunun hesablarını izləyəcək.
Futbol
116
22 Avqust , 2019 14:18
Twitter qaradərili futbolçuların hesablarını izləyəcək

"Twitter" irqçiliklə mübarizə məqsədi ilə 50 ən yaxşı qaradərili futbolçunun hesablarını izləyəcək. 

"Report" "The Times"a istinadən xəbər verir ki, qurum "Mançester Yunayted"in üzvü Pol Poqba və "Çelsi"dən Temmi Abrahamın yaşadığı insidentlərdən sonra bu addımı atıb.  

Ötən mövsümdə bir çox qaradərili futbolçunun sosial şəbəkələrdə 24 saatlıq boykot elan etməsini də nəzərə alan "Twitter" öz siyasətini dəyişdirmək qərarına gəlib. 

Qeyd edək ki, "Twitter" daha öncə irqçi və təhqiramız fikirlərə yalnız şikayət olduğu təqdirdə baxırdı. Poqba belə halla qarşılaşdığı üçün "Twitter" nümayəndələri ilə danışıq aparmağa hazırlaşır. 

Orphus sistemi