Turun yeganə qələbəsini "Qəbələ" qazandı

Turun yeganə qələbəsini "Qəbələ" qazandı Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Futbol
30 Noyabr , 2020 17:54
Turun yeganə qələbəsini Qəbələ qazandı

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qəbələ" Sumqayıtda şəhərin eyniadlı komandasına 1:0 hesabı ilə qalib gəlib.

Qonaqlara qələbə qazandıran qola 16-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi Rafael Utriq imza atıb.

Bu nəticədən sonra 11-ci xalını qazanan əyalət təmsilçisi 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. Ardıcıl 3-cü oyunda məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 15 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki 3 oyunu heç-heçə ilə başa çatıb. "Neftçi" evdə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" matçlarında isə 1:1 hesabı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi