Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmen sevimli peşəsi ilə vidalaşıb.
"Report"un məlumatına görə, telejurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Veteran futbolçu qərarını son vaxtlar özünə və ailəsinə qarşı böhtanlarla əlaqələndirib. Dilmen yaxın vaxtlarda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rıdvan Dilmen 15 il fasiləsiz NTV telekanalında şərhçilik edib. Futbolçu kimi daha çox "Fənərbağça"dakı çıxışları ilə tanınan veteran yarımmüdafiəçi Türkiyə millisinin də aparıcı oyunçularından olub.