Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər

Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər 30 yaşlı futbolçunun 3 il müddətində 60 milyon avro qazanacağı bildirilir
Futbol
13 Yanvar , 2017 11:09
Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının və İspaniya "Barselona"sının futbolçusu Arda Turan Çinin "Şanxay Şenxua" klubunda çıxış edə bilər. 

"Report"un "Haber7"ə istinadən verdiyi məlumata görə, tərəflər arasında aparılan müzakirələr yekunlaşıb və yarımmüdafiəçi ilə 3 illik müqavilənin imzalacağı gözlənilir.

30 yaşlı futbolçunun bu müddətdə 60 milyon avro qazanacağı bildirilir.

Transfer baş tutarsa, Kataloniya təmsilçisi Çin klubundan böyük məbləğdə transfer haqqı alacaq.

Son xəbərlər

Orphus sistemi