Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər

Futbol
  • 13 yanvar, 2017
  • 07:09
Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının və İspaniya "Barselona"sının futbolçusu Arda Turan Çinin "Şanxay Şenxua" klubunda çıxış edə bilər. 

"Report"un "Haber7"ə istinadən verdiyi məlumata görə, tərəflər arasında aparılan müzakirələr yekunlaşıb və yarımmüdafiəçi ilə 3 illik müqavilənin imzalacağı gözlənilir.

30 yaşlı futbolçunun bu müddətdə 60 milyon avro qazanacağı bildirilir.

Transfer baş tutarsa, Kataloniya təmsilçisi Çin klubundan böyük məbləğdə transfer haqqı alacaq.