Türkiyənin "Gənclərbirliyi" klubu Reynaldonu icarəyə götürəcəkləri ilə bağlı xəbərlərə aydınlıq gətirib

Türkiyənin "Gənclərbirliyi" klubu Reynaldonu icarəyə götürəcəkləri ilə bağlı xəbərlərə aydınlıq gətirib "Bu gün üçün belə bir mövzu yoxdur və sabah da olmayacaq"
Futbol
10 Yanvar , 2017 11:19
Türkiyənin Gənclərbirliyi klubu Reynaldonu icarəyə götürəcəkləri ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Reynaldonun Türkiyənin "Gənclərbirliyi" komandasına keçidi gündəmdə deyi. Bu barədə "Report"a Ankara təmsilçisinin peşəkar işlər üzrə meneceri Sinan Temel məlumat verib.

O, bildirib ki, çalışdığı klub 27 yaşlı hücumçu ilə maraqlanmır: "Reynaldonun "Gənclərbirliyi"nə transferi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu gün üçün belə bir mövzu yoxdur və sabah da olmayacaq".

Qeyd edək ki, son günlər braziliyalı Reynaldonun "Gənclərbirliyi"nə icarəyə veriləcəyi ilə bağlı məlumatlar dərc olunub.

Son xəbərlər

Orphus sistemi