​Türkiyənin "Beşiktaş" klubunun sabiq qapıçısı vəfat edib - YENİLƏNİB

​Türkiyənin "Beşiktaş" klubunun sabiq qapıçısı vəfat edib - YENİLƏNİB Qapıçı evə gedərkən 5 nəfərin hücumuna məruz qalmışdı
Futbol
10 Mart , 2015 21:03
​Türkiyənin Beşiktaş klubunun sabiq qapıçısı vəfat edib - YENİLƏNİB

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyənin həvəskarlardan ibarət "Zara Ekinli Spor" komandasında forma geyinən Sərvət Dündar bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, on gün öncə bıçaqlanaraq komaya düşən gənc qapıçının həyatını xilas etmək mümkün olmayıb  

İlk xəbər saat 20:14-də dərc olunub

Türkiyənin həvəskarlardan ibarət "Zara Ekinli Spor" komandasında forma geyinən Sərvət Dündar on gün öncə bıçaqlanıb. 

"Report"un məlumatına görə, sinəsindən bıçaq zərbəsi alan 16 yaşlı əlcək sahibi 9 gündür şüuru qapalı vəziyyətdə xəstəxanada yatır.

Qaziosmanpaşada yerləşən restoranların birində qohumu ilə yemək yedikdən sonra evinə yollanan qapıçı 5 nəfərin hücumuna məruz qalıb. Onunla birgə olan İsrafil Dündar adlı qohumu zərərsizləşdirildikdən sonra futbolçuya hücum olunub.

Təcili xəstəxanaya yerləşdirilən Dündarın vəziyyətinin ağır olduğu, bıçaq zərbəsinin ürək nahiyəsinə yaxın 1-2 sm dərinlikdə olduğu aşkarlanıb.

Qeyd edək ki, Sərvət Dündar ötən mövsümü "Beşiktaş"ın 16 yaşlılardan ibarət komandasında keçirib.

Son xəbərlər

Orphus sistemi