Türkiyənin Azərbaycandakı səfirinə "Neftçi"nin forması təqdim olunub

Türkiyənin Azərbaycandakı səfirinə "Neftçi"nin forması təqdim olunub Səfir "Qarabağ"la oyunu stadionda izləyib
Futbol
29 Oktyabr , 2018 16:03
Türkiyənin Azərbaycandakı səfirinə Neftçinin forması təqdim olunub
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IX turunda "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Qarabağ” oyununa VİP-qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəvət olunub.

"Report" "Neftçi" klubunun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev matçın fasiləsində oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi "lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandanın formasını hədiyyə edib.

Qarşılaşmadan məmnun qaldığını bildirən E.Özoral "Neftçi” və Türk Hava Yolları arasındakı əməkdaşlığın, Türk Hava Yollarının "Neftçi”nin timsalında Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi