Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə Kubokunda "Beşiktaş" və "Adana Demirspor" klubları arasında keçirilən oyunda baş hakim futbolçuya qırmızı vərəqə göstərib. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, Suat Arslanboğa daha sonra qərarını dəyişərək "sarı" nümayiş etdirib.
Belə ki, oyunun 21-ci dəqiqəsində Adana təmsilçisinin heyətində Hakan Söylərin "Beşiktaş"ın futbolçusu Vəli Kavlaka etdiyi hərəkət referi tərəfindən kobudluq kimi qiymətləndirilib. Bundan sonra baş hakim Söylərə birbaşa qırmızı vərəqə göstərib. Lakin qonaq komandadan əlavə, "qara qartallar"ın futbolçuları da bu qərara etiraz etdikdən sonra Arslanboğa qərarını dəyişib və cibindən "sarı" çıxardıb. "Beşiktaş"lı futbolçuların bu etirazı Türkiyə futbol ictimaiyyəti tərəfindən "Futbol tarxinin unudulmaz fair-play hərəkəti" adlandırılıb.
Qeyd edək ki, "Beşiktaş" - "Adana Demirspor" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.