Türkiyəli futbolçu "Qalatasaray"dan ayrıldı

Türkiyəli futbolçu "Qalatasaray"dan ayrıldı Türkiyənin "Qalatasaray" klubu futbolçusu Şener Özbayraklı ilə yollarını ayırıb.
Futbol
9 İyun , 2021 17:14
Türkiyəli futbolçu Qalatasaraydan ayrıldı
Şener Özbayraklı

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Şener Özbayraklı ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, 31 yaşlı müdafiəçi bu barədə instaqram hesabından paylaşım edib.

O, İstanbul təmsilçisi ilə vidalaşdığını bildirib. Artıq Özbayraklının yeni klubu da məlumdur. Təcrübəli oyunçu "Başakşehir"lə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Şener Özbayraklı 2019-cu ildən "Qalatasaray"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi