Türkiyəli futbolçu İngiltərənin "Arsenal" klubuna transfer ola bilər
Futbol
- 03 may, 2018
- 09:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 may. REPORT.AZ/ Almaniyanın "Frayburq" klubunda çıxış edən türkiyəli futbolçu Çağlar Söyüncü karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.
"Report"un məlumatına görə, bu barədə 22 yaşlı müdafiəçini yetişdirən Türkiyənin "Altınordu" klubunun prezidenti Mehmet Seyid Özkan "Fanatik"ə açıqlamasında deyib. O, Söyüncünün "Arsenal"la razılıq əldə etməyə yaxın olduğunu söyləyib: "London klubu bizdən onun gənclərdən ibarət komandada çıxış etdiyi vaxta dair məlumatlar istəyib".
Qeyd edək ki, Çağlar Söyüncü "Frayburq"a 2016-cı ildə 2,65 milyon avro müqabilində "Altınordu"dan keçib. O, Almaniya klubunda 2 mövsüm ərzində 54 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region
00:18
Belarusda "Spotify" dekabrın 1-dən bloklanacaq
Digər ölkələr