Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyəli FİFA referisi Cüneyt Çakır keçiriləcək xeyriyyə konsertində mahnı oxuyacaq. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fevralın 9-da təşkil olunacaq konsertdə Çakırla yanaşı "Başakşehir" klubunun baş məşqçi Abdullah Avcı da səhnəyə çıxacaq.
FİFA referisi Türkiyənin tanınmış rok ifaçısı Ferudin Düzağaçla duet oxuyacaq.
Konsertdə Candan Erçetin, Fatih Erkoç, Funda Arar, Murat Dalkılıç, Mustafa Ceceli, Nilüfer, Selami Şahin, Ümit Besen, Zara, Ziynet Sali və bir çox sənət adamları ilə yanaşı futbolçulardan Mehmet Topal, Serkan Balcı, Emre Belözoğlu, Volkan Demirel, Nuri Şahin, Gökhan Töre, Olcan Adın, Semih Kaya, Burak Yılmaz, tennisçi Çağla Büyükakçay, voleybolçu Eda Erdem Dündar, Türkiyə Bosketbol Federasasiyasının rəsmisi Hidayet Türkoğlu və bir çox idmançılar iştirak edəcək.