​Türkiyədə yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər

​Türkiyədə yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər "Bursaspor"un arenası 45 min tamaşaçı tutumuna malikdir
Futbol
7 Yanvar , 2016 02:08
​Türkiyədə yeni stadiona Azərbaycan Arena adı verilə bilər

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubu üçün tikilən yeni stadiona "Azərbaycan Arena" adı verilə bilər.

"Report"un məlumatına görə, bu barədə klub prezidenti postuna namizədlərdən olan Timur Noyan açıqlama verib.

Noyan mayda Azərbaycan rəhbərliyi ilə stadionun adı ilə bağlı söhbət etdiyini bildirib:

"Yeni stadionumuzun "Azərbaycan Arena" adını alması üçün ilkin danışıqlarımız olub. Bizə danışdığımız məbləği artıracaqlarını dedilər".

Qeyd edək ki, "Bursaspor"da prezident seçkisi 11 - 19 yanvarda keçiriləcək. Klubun yeni stadionu 2015-ci il dekabrın 21-də Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən açılıb. Arena 45 min tamaşaçı tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi