Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq

Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.
Futbol
19 Dekabr , 2021 11:27
Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq

Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, arenanın açılış mərasimi yaxın günlərdə baş tutacaq.

TFF 2-ci liqasında mübarizə aparan "24 Erzincanspor" mövsümün ikinci yarısında ev oyunlarını burada keçirəcək. UEFA standartlarına cavab verən stadion 12 min 981 azarkeş tutumuna malikdir.

Atatürk məhəlləsində köhnə arenanın yerində tikilən idman obyektində ticarət mərkəzi, restoran və müxtəlif idman növləri üçün zallar fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi