Bakı. 2 yanvar. REPORT.AZ/ "Trabzonspor" klubunun prezidenti İbrahim Hacıosmanoğlu Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən cəzalandırılıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 45 gün müddətinə klub rəhbərliyi hüququndan məhrum edilib.
Qərara əsasən 45 günlük cəzadan əlavə, İ.Hacıosmanoğlu 30 000 TL (təxminən 10 000 AZN) cərimə ödəməli olacaq.
Cəzaya səbəb klub rəhbərinin idmana zidd açıqlamalar verməsi olub.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu son günlərdə yerli mətbuata açıqlamasında federasiya rəhbərliyini tənqid edib.