Türkiyədə futbol matçı zamanı telefonla danışan polis meydana girib - VİDEO

Türkiyədə futbol matçı zamanı telefonla danışan polis meydana girib - VİDEO Hadisə ölkə kubokunun oyununda baş verib
Futbol
23 Avqust , 2017 12:28
Türkiyədə futbol matçı zamanı telefonla danışan polis meydana girib - VİDEO

Bakı. 23 avqust. REPORT.AZ/ Futbol üzrə Türkiyə kubokunun I turu çərçivəsində keçirilən “Sinopspor” – “Yeni Amasyaspor” oyununda maraqlı hadisə baş verib.

“Report”un məlumatına görə, avqustun 22-də baş tutan görüşün 81-ci dəqiqəsində təhlükəsizliyə cavadeh olan polis məmuru telefonla danışa-danışa meydan girib. O, yan xətt hakiminin işarəsindən sonra qazonu tərk edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi