Türkiyə yığmasının və millimizin rəqiblərinin oyunu azarkeşsiz keçiriləcək

Türkiyə yığmasının və millimizin rəqiblərinin oyunu azarkeşsiz keçiriləcək Futbol üzrə Türkiyə millisinin Avstriya və Sloveniya ilə yoldaşlıq oyunları azarkeşsiz keçiriləcək.
Futbol
10 Mart , 2020 17:29
Türkiyə yığmasının və millimizin rəqiblərinin oyunu azarkeşsiz keçiriləcək

Futbol üzrə Türkiyə millisinin Avstriya və Sloveniya ilə yoldaşlıq oyunları azarkeşsiz keçiriləcək. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, səbəb koronavirus epidemiyasıdır.

Hər iki rəqib federasiya qabaqlayıcı tədbirlərə görə bu addımı atıb.

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Kipr və Lüksemburq yığmaları arasındakı yoldaşlı görüşündə də azarkeş olmayacaq. Kiprin İsveçlə matçında da tribunalar boş olacaq. 

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə birgə yer alıb.  Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq Türkiyə yığması 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcək.

Türkiyə yığması AVRO-2020-nin A qrupunda üç oyununu Bakıda keçirəcək. Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi