Türkiyə yığmasının məşqçisi təyinatından 24 saat sonra komandanı tərk edib

Türkiyə yığmasının məşqçisi təyinatından 24 saat sonra komandanı tərk edib Türkiyə milli komandasına köməkçi-məşqçi kimi cəlb olunan Tuğberk Tanrıvermiş cəmi 24 saat sonra vəzifəsindən ayrılıb.
Futbol
12 Noyabr , 2021 13:27
Türkiyə yığmasının məşqçisi təyinatından 24 saat sonra komandanı tərk edib
Tuğberk Tanrıvermiş

Türkiyə milli komandasına köməkçi-məşqçi kimi cəlb olunan Tuğberk Tanrıvermiş cəmi 24 saat sonra vəzifəsindən ayrılıb.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, 32 yaşlı mütəxəssis yığmanın almaniyalı baş məşqçisi Ştefan Kuntsun açıqlamasından sonra bu addımı atıb. Kunts Tanrıvermişi 2 oyunluq götürdüklərini bildirib. Gənc məşqçi bu sözlərdən narahat olub. O, millidə cəmi bir sutka qaldıqdan sonra təlim-məşq düşərgəsindən ayrılıb.

Qeyd edək ki, Tuğberk Tanrıvermiş Türkiyədə "Qalatasaray"ın aşağı yaş qruplarından ibarət komandalarında çalışıb. O, 2017/2018 mövsümündə İqor Tudor və Fatih Terimin köməkçisi olub. Tanrıvermiş daha sonra İtaliyanın "Roma" klubunun U-15 komandasının sükanı arxasına keçərək, komandanı çempion edib. Ardında isə o, "Spetsiya"nın U-19 komandasına üz tutub.

Son xəbərlər

Orphus sistemi