Türkiyə yığmasının əsas qapıçısı azarkeşlərin təhqirlərinə komandanı özbaşına tərk etməklə cavab verib

Türkiyə yığmasının əsas qapıçısı azarkeşlərin təhqirlərinə komandanı özbaşına tərk etməklə cavab verib Volkan Dəmirəli Volkan Babacan əvəzləyib
Futbol
172
17 Noyabr , 2014 10:09
Türkiyə yığmasının əsas qapıçısı azarkeşlərin təhqirlərinə komandanı özbaşına tərk etməklə cavab verib
Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl Qazaxıstan yığması ilə futbol üzrə AVRO-2016-nın rəsmi oyunu öncəsi komandanın düşərgəsini tərk edib. "Report"un məlumatına görə, buna "Fənərbağça" klubunun qolkiperinin "Qalatasaray"a məxsus "Türk Telekom Arena"da isinmə hərəkətləri zamanı azarkeşlərin təhqirlərinə məruz qalması səbəb olub. 

Təhqirlərə dözməyən Dəmirəl start heyətində meydana çıxmaqdan imtina edib. Nəticədə baş məşqçi Fatih Terim qapıda Volkan Babacana şans verib. 

Qeyd edək ki, oyun Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Son xəbərlər

Orphus sistemi