Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olub

Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olub Türkiyə Superliqasının 29-cu turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Futbol
29 mart 2025 23:50
Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olub

Türkiyə Superliqasının XXIX turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə komandalar hərəyə bir qol vurublar. Bundan başqa, “aslanlar”ın heyətində Frankovski qırmızı vərəqə alaraq meydandan qovulub.

İkinci hissədə təşəbbüsü ələ alan “ağ-qaralar” hesabda irəli çıxmağı bacarıblar. Gedson Fernandes komandasının qələbə qoluna imza atıb. Əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə meydan sahibləri də azlıqda qalsa da, bu “Cim-Bom”a kömək etməyib.

Beləliklə, “Beşiktaş” “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.

28 oyundan sonra birinci pillədə qərarlaşan “Qalatasaray”ın hesabında 71 xal var. Komandanın ən yaxın təqibçisi “Fənərbağça” isə 27 oyuna 65 xal toplayıb. “Beşiktaş” 27 oyuna 47 xalla dördüncüdür.

Orphus sistemi