Türkiyə Super Liqasında videotəkrar sistemi sayəsində 29 qərar dəyişdirilib

Türkiyə Super Liqasında videotəkrar sistemi sayəsində 29 qərar dəyişdirilib Bakı. 18 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında videotəkrar sistemi (VAR) ilə bağlı ilk 8 turun hesabatı açıqlanıb.
Futbol
18 Oktyabr , 2018 17:50
Türkiyə Super Liqasında videotəkrar sistemi sayəsində 29 qərar dəyişdirilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında videotəkrar sistemi (VAR) ilə bağlı ilk 8 turun hesabatı açıqlanıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 72 görüş ərzində, ümumilikdə, 458 epizod incələnib. Nəticədə 15 qol, 6 penalti və 8 qırmızı vərəqə olmaqla 29 qərar dəyişdirilib. Beləliklə, orta hesabla 2,48 matçda referinin qərarına düzəliş edilib.

VAR sisteminin tətbiqindən sonra ötən mövsümün ilk 8 turu ilə müqayisədə qırmızı vərəqələr 16 faiz, sarı vərəqələr 12 faiz, qayda pozuntuları 11 faiz azaldığı halda, topun oyunda qalma müddəti matç başına 56 saniyə artaraq, 54 dəqiqə 52 saniyə olub. 

Qeyd edək ki, UEFA ötən ay 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində VAR-dan istifadəyə icazə verib.

Son xəbərlər

Orphus sistemi