Türkiyə Super Liqasında oyunların vaxtı hava şəraitinə görə dəyişdirilib

Türkiyə Super Liqasında oyunların vaxtı hava şəraitinə görə dəyişdirilib Futbol üzrə Türkiyə Super Liqasında bir neçə oyunun vaxtı dəyişdirilib
Futbol
19 Yanvar , 2022 15:30
Türkiyə Super Liqasında oyunların vaxtı hava şəraitinə görə dəyişdirilib

Futbol üzrə Türkiyə Super Liqasında bir neçə oyunun vaxtı dəyişdirilib.

"Report"un məlumatına görə, buna ölkədəki hava şəraiti səbəb olub.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan "Kayserispor" - "Başakşehir" matçı 1 saat sonra start götürəcək.

Yanvarın 21-i saat 21:00-a təyin olunan "Yeni Malatyaspor" - "Beşiktaş" görüşü növbəti gün saat 14:30-da başlayacaq.

Bundan əlavə, ötən gün qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılmış "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması qeyri-müəyyən müddətə ertələnib.

Son xəbərlər

Orphus sistemi