Türkiyə Super Liqasında çıxış edən klub baş məşqçisini qovub

Türkiyə Super Liqasında çıxış edən klub baş məşqçisini qovub Fransalı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub
Futbol
10 Aprel , 2018 14:03
Türkiyə Super Liqasında çıxış edən klub baş məşqçisini qovub

Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Bursaspor" klubunun baş məşqçisi Pol Le Quen istefaya göndərilib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı mütəxəssislə anlaşma birtərəfli qaydada pozulub. Le Quen "timsahlar"ın rəhbərliyinin qarşılıqlı razılıqla yolların ayrılmasına dair təklifini rədd etdiyi üçün müqavilədəki "birtərəfli pozulma" maddəsindən yararlanıb. Nəticədə 54 yaşlı baş məşqçi köməkçiləri ilə birgə qovulub.

Son 6 turda komandaya Mustafa Er rəhbərlik edəcək. Onun köməkçisi isə argentinalı futbolçu Pablo Batalya olacaq.

Qeyd edək ki, "Bursaspor" Pol Le Quenin rəhbərliyi altında Super Liqada 28, Türkiyə Kubokunda 6 oyuna çıxıb. 13 görüşdən qalıb ayrılan "ağ-yaşıllar" 14 dəfə uduzub. Hazırda "timsahlar" çempionatda 33 xalla 13-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi