Türkiyə Super Liqası: "Fənərbağça" və "Trabzonspor" qələbə qazandı

Türkiyə Super Liqası: "Fənərbağça" və "Trabzonspor" qələbə qazandı Futbol üzrə Türkiyə Super Liqası 87 günlük fasilədən sonra bərpa olunub.
Futbol
13 İyun , 2020 00:01
Türkiyə Super Liqası: Fənərbağça və Trabzonspor qələbə qazandı

Futbol üzrə Türkiyə Super Liqası 87 günlük fasilədən sonra bərpa olunub.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Fənərbağça" İstanbulda "Kayserispor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" isə səfərdə "Göztepe"ni 3:1 hesabı ilə üstələyib.

Bu nəticədən sonra "Fənərbağça" 43 xalla 7-ci pillədə qalıb, "Kayserispor" isə 22 xalla 18-ci sıradadır. "Trabzonspor" 56 xalla 1-ci, "Göztepe" isə 37 xalla 8-cidir.

27-ci turun digər oyunları 13 - 15 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi