Türkiyə prezidenti: "Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib"

Türkiyə prezidenti: "Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib" "Bu hadisə Fransanın son vaxtlardakı irqçi yanaşmasının yeni təzahürüdür. Buradakı yanaşma əsla bağışlana bilməz".
Futbol
9 Dekabr , 2020 16:04
Türkiyə prezidenti: Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib
Rəcəb Tayyib Ərdoğan

"Bu hadisə Fransanın son vaxtlardakı irqçi yanaşmasının yeni təzahürüdür. Buradakı yanaşma əsla bağışlana bilməz".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməzdən əvvəl Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Başakşehir"in Fransa PSJ-si ilə matçının yarımçıq dayandırılmasına münasibət bildirərkən deyib.

"Mən dünən axşam tvitter hesabımda açıqlama verdim. "Başakşehir" qəti mövqe tutdu, meydanı tərk etməklə ən doğru seçimi etdi. Rumıniyalı hakimin çıxarılmasına rəğmən, futbolçular müqavimət göstərdilər və "Bizim üçün bu, yetərli deyil" dedilər. UEFA hakimlərin 4-nü də dəyişdirmək qərarına gəldi. Matçın yenidən oynanılmasını bu şəkildə qəbul etdilər. Bu axşam matç oynanacaq. Fransa irqçiliyin cəmləşdiyi məkana çevrilib. Ümid edirik ki, bu axşamkı qarşılaşma yaxşı başa çatacaq", - Ərdoğan əlavə edib.

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matç bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi