Türkiyə millisinin oyununun yeri dəyişdirildi

Türkiyə millisinin oyununun yeri dəyişdirildi DÇ-2022-nin seçmə mərhələsində Norveç və Türkiyə milli komandaları arasında keçiriləcək matçın yeri dəyişdirilib.
Futbol
23 Fevral , 2021 21:12
Türkiyə millisinin oyununun yeri dəyişdirildi

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Norveç - Türkiyə matçının yeri dəyişdirilib.

"Report" Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyanın Malaqa şəhərində oynanılacaq.

Bu qərar koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinə görə qəbul olunub.

Qeyd edək ki, görüş martın 27-də olacaq. Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.

Son xəbərlər

Orphus sistemi