Türkiyə millisinin futbolçusu "Roma" ilə müqavilə imzalayıb

Futbol
  • 05 iyul, 2022
  • 07:39
Türkiyə millisinin futbolçusu Roma ilə müqavilə imzalayıb

Türkiyə millisinin futbolçusu Zeki Çelik İtaliyanın "Roma" klubuna keçib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zeki Çelik 2018-ci ildən Fransanın "Lill" klubunda çıxış edib. Oyunçu 2020/2021 mövsümündə komanda ilə ölkə çempionu olub.