Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.
Futbol
168
5 Dekabr , 2019 15:03
Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.

“Report” xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacettin Doğan “Twitter” hesabında paylaşım edib.

67 yaşlı mütəxəssis AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib. O, Tofiq Bəhramov adına Respublika stadionunda olub.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi