Türkiyə Kubokunun yarımçıq qalan "Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı qərar çıxarılıb

Futbol
  • 25 aprel, 2018
  • 12:10
Türkiyə Kubokunun yarımçıq qalan Fənərbağça - Beşiktaş matçı ilə bağlı qərar çıxarılıb

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə baş vermiş hadisələrlə əlaqədar yarımçıq qalan "Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı məsələyə baxıb. 

"Report"un məlumatına görə, görüşün mayın 3-də 57-ci dəqiqədən etibarən - qaldığı yerdən davam etdirilməsinə qərar verilib. Qarşılaşmanın qalan hissəsi boş tribunalar qarşısında davam etdiriləcək.  

Qeyd edək ki, Türkiyə Kubokunun aprelin 19-da keçirilmiş "Fənərbağça" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.