Türkiyə Kuboku: "Sivaspor" səfərdə "Alanyaspor"u məğlub edib

Futbol
  • 20 aprel, 2022
  • 20:12
Türkiyə Kuboku: Sivaspor səfərdə Alanyasporu məğlub edib

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, "Bahçeşehir Okulları" stadionunda "Alanyaspor" "Sivasspor"u qəbul edib. Görüş qonaq komandanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 6-cı dəqiqədə meydan sahiblərindən Emre Akbaba açıb. 32-ci dəqiqədə Mustafa Yatabare bərabərlik qolunu vurub. 59-cu dəqiqədə Yatabare qırmızı vərəqə alıb. Lakin "Sivasspor" azlıqda olmasına baxmayaraq, 90+2-ci dəqiqədə Kerem Kesginlə yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, ilk yarımfinal matçında "Trabzonspor" "Kayserispor"u yenib - 1:0. Cavab görüşləri 10-11 mayda gerçəkləşəcək.