Türkiyə Kuboku: Namik Ələskərovun komandası növbəti mərhələyə yüksəlib

Futbol
  • 30 noyabr, 2021
  • 14:35
Türkiyə Kuboku: Namik Ələskərovun komandası növbəti mərhələyə yüksəlib

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə Kubokunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Bursa təmsilçisi IV təsnifat mərhələsində aşağı liqa klubu Kırşehir Belediyespor"u qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn meydan sahibləri V raunda yüksəliblər.

Ələskərovun adı bu qarşılaşma üçün I liqa təmsilçisinin iştirak ərizəsinə salınmayıb.