Türkiyə kuboku: Namik Ələskərovun komandası darmadağınla mərhələ adlayıb

Türkiyə kuboku: Namik Ələskərovun komandası darmadağınla mərhələ adlayıb Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə kubokunda mübarizəyə başlayıb.
Futbol
1341
27 Oktyabr , 2021 20:56
Türkiyə kuboku: Namik Ələskərovun komandası darmadağınla mərhələ adlayıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə kubokunda mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Bursa təmsilçisi III təsnifat mərhələsində aşağı liqa klubu "Ceyhanspor"u qəbul edib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən meydan sahibləri IV raunda yüksəliblər.

Ələskərovun adı bu qarşılaşma üçün I liqa təmsilçisinin iştirak ərizəsinə salınmayıb.

Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" isə "Ağrı 1970 Spor"a 4:5 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb. 26 yaşlı yarımmüdafiəçi bu görüşdə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi